Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87188
az

QARA SABUN Görün Nələrə Çarəymiş! - 90% İnsan BUNU BİLMİR

23:0916 Aprel, 2023
470
CƏMİYYƏT
  • A

Bu gün sizə qarayağlı sabunun faydalarından və zərərlərindən danışacağam.  Qarayağlı sabun uzun zamandır ki, kosmetologiyada və dermotologiyada geniş şəkildə istfadə edilir. Bu vasitə indi gənclər arasında da məşhurdur. İnsanlar onun köməyilə sızanaqlardan, qara nöqtələrdən, yağlı dəridən yaxa qurtarırlar. Vasitə, həmçinin, saçların tökülməyinin qarşısını alır, onları möhkəmləndirir. 
 Qarayağlı sabunun tərkibi. Sabunun əsas xammalı təbii antiseptik sayılan ağcaqayın qabığı qətranıdır.  Bunun üçün ağcaqayın ağaclarının bütün növləri işə yarayır.  Qətran tez həll olan maddədir. Buna görə də, qarayağlı sabundan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Qarayağlı sabunun tərkibində, həmçinin, natrium duzu, su, palma yağı da var.   Qarayağlı sabunun cəmi 10%-i qətrandır. Aparılan araşdırmalar göstərib ki, elə bu 10% sabunun müalicəvi xüsusiyyətinin zəmanətidir. Lakin bununla belə, nadir hallarda da olsa, qarayağlı sabuna qarşı allergiya ilə rastlaşmaq mümkündür.  Qarayağlı sabunun tərkibində rəngləndiricilər və aromatizatorlar yoxdur. Yəni, o, təbiidir.  
 Ona özünəməxsus iyi verən qətrandır.  Qarayağlı sabun dəridən asılı olaraq, quruma və qıcıqlandırma yarada bilir. Odur ki, ondan istifadənin ilkin mərhələsində ehtiyatlı olmaq lazımdır.
 Bədən üçün faydaları. 
 Hələ qədim zamanlardan insanlar qətranın faydalarından xəbərdar idi. Ona görə də, onu geniş şəkildə kosmetologiyada və təbabətdə istifadə edirdilər. Qətranın faydaları bunlardır:
-yaraları sağaldır; 
-bakteriyaları təmizləyir;
-irinli yaraları qurudur; 
-hüceyrələrin özünübərpasına dəstək olur; 
-orqanizmdəki xoşagəlməz qoxuları yox edir;
 
 1.Göbələk zamanı. Zədələnmiş nahiyələri qarayağlı sabunla sabunlayın və 10-15 dəq gözləyin. Sonra ilıq su ilə yaxalayın. 10 gün bu proseduru təkrarlayın. Effektini görməyə başlayacaqsınız.  Qarayağlı sabun patalogiyanın həcmini azaldır, irəliləməyə imkan vermir. Amma qeyd edim ki, deyilənlər  göbələk xəstəliklərinin ilkin mərhələsində keçərlidir. 
 2. Psoriaz zamanı. Qarayağlı sabunla yuyulan nahiyədə psoriazın ölçüləri azalır.  Xəstəlik orqanizmin müxtəlif nahiyələrində peyda ola bilər.  Düzdür, qarayağlı sabun psoriazı tamamilə müalicə etmir. Amma bu sabunun dəriyə olan faydaları çoxdur. 
 3. Sızanaqlar zamanı. Mütəmadi olaraq, üzünüzü qarayağlı sabunla yusanız, sızanaqlardan və irinli qabarcıqlardan qısa zamanda yaxa qurtara bilərsiniz.  Sabun üz dərisini təmizləyir, parıltılı edir. Əgər dəridə hansısa cızıq və ya zədə varsa, bərpasını sürətləndirir.  Qarayağlı sabunla üzü maska eləmək də olar. Bu maskanı bir neçə dəqiqə üzdə saxlamaqla dərinin gəncləşməsinə nail olmaq mümkündür. Dermatoloqlar tövsiyə edir ki, xüsusilə, yeniyetmələr hormonlardan qaynaqlanan sızanaqlar əleyhinə vasitə kimi qarayağlı sabundan istifadə etməlidirlər. 
 
 Qarayağlı sabunun istifadə tezliyi dərinin növündən asılıdır: 
-piy vəziləri aktiv olan insanlar gündə 2 dəfə qarayağlı sabunla üzlərini yumalıdır; 
-normal dəriyə malik olanlar, həftədə 2-3 dəfə üzlərini bu sabunla yusa, yetərlidir; 
-dərisi quru olanlar ayda 3-4 dəfədən çox  üzlərini qarayağlı sabunla yusalar, bəzi narahatlıqlar yaşaya bilərlər; 

 Qarayağlı sabunu sürtgəcdən keçirin, azca su qatın və alınan qarışımı krem kimi üzünüzə çəkin. 10-15 dəq sonra isti su ilə üzünüzü yuyun. Ardınca, qurulamadan soyuq su ilə yuyun. Bu maskanı etdiyiniz günün axşamı üzünüzə nəmləndirici krem, yaxud losyon çəkməklə gecəni rahat yata bilərsiniz. Üzünüzdə sizi narahat edən iri sızanaq varsa, gecə yatmazdan qabaq nahiyəni qarayağlı sabunla yuyun.  Dərinin gün ərzində təmiz qalmağını istəyirsinizsə, günün ilk yuyunmasında qarayağlı sabundan istifadə edin.  Qarayağlı sabundan istifadə etdiyiniz müddətdə müxtəlif pillinq vasitələrindən, skrablardan və ya digər maskalardan imtina edin.  Yoxsa istənilən effekti əldə edə bilməzsiniz. 

 4. Bit əleyhinə.  Qədim zamandan bəri, qarayağlı sabun parazitlər əleyhinə effektiv vasitə  sayılır.  Və bu istiqamətdə istifadəsi zamanı heç bir allergik reaksiyaya səbəb olmur.  Bit əleyhinə iki üsuldan yararlana bilərsiniz.  I) Saçınızı isti su ilə isladın, qarayağlı sabunla sabunlayın və 10 dəq gözləyin. Sonra saçınızı yuyun və sıx dişli daraqla darayın.  II) Saçınızı isti su ilə isladın, qarayağlı sabunla sabunlayın. Üstündən sellofanla sarıyın.  1 saat belə qalsın, sonra yuyun və xüsusi daraqla darayın. Bit və onların sürfələrindən yaxa qurtarmaq üçün proseduru 5-10 dəfə təkrarlamaq lazımdır.  Hər iki üsulu tətbiq etməzdən əvvəl başınızı yaxşı-yaxşı yuyun ki, qarayağlı sabun maskası effektiv olsun. Yağlı baş dərisində istənilən nəticəni əldə etməmək riski var. 
 5. Dermatit zamanı.  Qarayağlı sabun xəstəliyi müalicə etmir. Sadəcə olaraq, müalicəni dəstəkləyir. Dermatitin ilkin mərhələsində nahiyəni qarayağlı sabunla yumaq yaxşıdır. Amma patalogiya suluq mərhələsinə keçibsə, sabunun vurulması əks təsir göstərər.  Dermatit, sadəcə, çat səviyyəsindədirsə, qarayağlı sabun narahatlığı ləng də olsa, aradan qaldıra bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ