Meksikada aprelin 16-da bazar günü dünyanın ən aktiv vulkanlarından biri olan Popokatepetl oyanıb. Tüstü təxminən 6700 metr hündürlüyə qalxıb.
Oxu24.com xəbər verir ki,bu barədə Volcano Discovery məlumat yayıb.
The Rio Times-ın məlumatına görə, vulkan püsgürdükdən sonra ərazidə insanların təxliyyəsinə başlanılıb.
Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (Cenapred) Meksika Milli Muxtar Universiteti (UNAM) ilə birgə keçirdiyi gündəlik monitorinqin nəticələrinə görə, son 24 saat ərzində Popocatepetl vulkanında 148 emissiya qeydə alınıb.
Popokatepetl Meksikanın paytaxtı Mexiko şəhərindən 64 kilometr cənub-şərqdə yerləşir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR