Türkiyəli müəllimin meyiti Ərzincanda ailəsinin evində kəndirlə asılmış vəziyyətdə tapılıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Hadisə bu gün saat 16.45 radələrində Ərzincan mərkəzi Cümhuriyyət Mahallesi, Əli Kamali küçəsində yerləşən 3 mərtəbəli mənzildə baş verib.
Əldə edilən məlumata görə, Gümüşhanenin Kelkit rayonundakı orta məktəbdə türkcə müəllimi işləyən G.E (27) Ərzincanda ailəsi ilə birlikdə yaşadığı mənzildə kəndirlə asılmış vəziyyətdə tapılıb.
G.E.-nin öldüyü müəyyən edilərkən hadisə yeri və polis qrupları mənzilə baxış keçirib.
Hadisə yerinin araşdırılmasından sonra meyit yarılma üçün xəstəxana meyitxanasına aparılıb.
Tərcümə: Ngar
Oxu24.com
ŞƏRHLƏR