Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87168
az

Kişilər emojiləri üzlərdən daha yaxşı tanıyır

18:2216 Aprel, 2023
205
CƏMİYYƏT
  • A

Alimlər kişilərin mimikalarla müqayisədə emojilərdə göstərilən emosiyaları daha yaxşı başa düşdüklərini müəyyən edib.  

OXU24.COM lent.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Behavioral Science" jurnalında dərc olunub.

Tədqiqatda 96 kişi iştirak edib. Onlar iki saniyədən çox olmamaqla fərqli üz ifadələrinə və qadın şəkillərinə baxıblar. İştirakçılar şəkildəki insanların hansı hissləri ifadə etdiyini təsvir etməli idilər. 

Sonra onlara emojilər təqdim olunub və eyni təcrübə təkrarlanıb. Məlum olub ki, kişilər emojilərə mimikalardan daha yaxşı qiymət verirlər. Xüsusən də söhbət qəzəb, kədər və ya ikrah kimi mənfi hisslərdə bu özünü daha yaxşı büruzə verir. 

Qadınlar isə əksinə üz ifadələrinə daha yaxşı reaksiya veriblər. 

Alimlər məsələ ilə bağlı deyib: 

"Bu nəticələri rəqəmsal fotoların qeyri-müəyyən olması ilə izah etmək olar. Ancaq qadınların emosional intellektinin kişilərlə müqayisədə daha yaxşı inkişaf etdiyini etiraf etməliyik. Bu da qadınların emosiyaları daha düzgün müəyyən etməyə kömək edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi