Çin ordu ilə bağlı yeni qərar qəbul edib.
Oxu24.com xəbər verir ki,Çin mətbuatının yazdığına görə, Çin hakimiyyəti hərbi çağırış qaydalarına və müharibə zamanı səfərbərlik prosesinə yeni dəyişikliklər elan edib.
Çin Xalq Azadlıq Ordusunda aparılan islahatlar zamanı diqqət müharibə zamanı döyüşçülərin cəlb edilməsinə yönəldilib.
Yeni qaydalara əsasən, işə qəbulda əsas diqqət yüksək ixtisaslı çağırışçıların, eləcə də universitet və kolleclərin məzunlarının cəlb edilməsi yolu ilə müharibəyə hazırlığa yönəlməlidir. Çin ordusunda təcrübəsi olan hərbi qulluqçulara üstünlük verilir və hərbi əməliyyatlar baş verərsə, onlar öz hissələrinə və ya oxşar mövqelərinə qayıtmalıdırlar.
Yeni dəyişikliklər mayın 1-dən qüvvəyə minəcək. Təhlilçilər bunu Tayvan üzərində müharibə üçün döyüş hazırlığını artırmaq üçün bir üsul kimi görürlər.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR