Gəncə şəhər sakini A. Abbasəliyeva həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyi üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə küçədə kəsici alətlə özünə xəsarət yetirib.
Oxu24.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib:
“Həyat yoldaşı oğurluqda şübhəli bilinərək saxlanılıb. Buna etiraz olaraq qadın bıçaqla özünə dərinə keçməyən bir neçə kəsik xəsarət yetirib. Ona tibbi yardım göstərilib, səhhəti normaldır. Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb”.
Qeyd edək ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin qarşısında qeydə alınıb.
Oxu24.com
ŞƏRHLƏR