Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87099
az

Ermənistandan qayıdan idmançımız danışır:Paşinyan özü də...

22:1415 Aprel, 2023
2197
REDAKTORUN SEÇİMİ
  • A

“Ermənilər bir daha öz zəifliklərini göstərdilər, bizimlə idman meydanında rəqabət aparmaqdan qorxdular”.

Oxu24.com  xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, İrəvandakı yarışa həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi hazırlaşmışdılar:

“Təəssüf ki, açılış mərasimində bayrağımıza qarşı təxribat oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də açılış mərasimində idi. Buna baxmayaraq, təxribat törətdilər. Özlərini bütün dünyaya rüsvay elədilər”.

O, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında ermənilərin iştirak etdiklərini də xatırladıb: “Onlar əsl qonaqpərvərliklə qarşılanmışdılar. İstənilən halda İrəvandan qalib dövlətin qalib idmançıları kimi qayıtdıq. Bizə dəstək nümayiş etdirdiyi üçün cənab prezidentimizə, birinci vitse-prezidentimizə və xalqımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı qızı kişilərə 600 manata satan qadın tutuldu
Bakıda meyiti tapılan 109 yaşlı şəxs görün kim imiş
7 nəfər öldü - Azərbaycanda faciə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin