İrəvanda dünənki bayraq yandırma hadisəsindən sonra Azərbaycan ağır atletika komandası bu günlərdə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməmək qərarına gəlib.
Oxu24.com Caliber.Az-a istinadən xəbər verir ki, komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. Saat 02.55-də komandamızın üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər.
Sonra nə oldu?
Ermənilər “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmayıblar. Daha doğrusu, yarışlarda iştirakdan imtina edəndən sonra komandamızı girov saxlayırlar. Bütün bunlar Paşinyanın şəxsən açdığı, Dünya və Avropa Ağır Atletika Federasiyalarının prezidentləri Məhəmməd Caloud və Antonio Konflittinin də iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının yandırılmasından sonra baş verir.
Sonra İrəvanda “Münhen -1972”ni təkrarlayacaqlar?
Xatırladaq ki, həmin il Münhen Olimpiadasında Fələstin terror təşkilatının “Qara Sentyabr” üzvləri tərəfindən törədilmiş terror aktı baş vermişdi, onun qurbanları İsrail Olimpiya komandasının 11 üzvü (4 məşqçi, 5 rəqib və iki hakim) və bir nəfər idi.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR