Norveçdən qovulan rus diplomatlarla bağlı yeni detallar üzə çıxıb.
Oxu24.com xəbər verir ki, Norveçdəki rus diplomatlar ölkədə radio kəşfiyyatı ilə məşğul olmağa çalışıblar. Məhz buna görə də onları persona non-qrata elan ediblər.
Bu barədə The Guardian Norveç təhlükəsizlik polisinin bəyanatına istinadən məlumat yayıb.
Bu həftə Norveç tərəfindən ölkədən çıxarılan 15 rusiyalı diplomat yeni məlumat mənbələri cəlb etməyə, sözdə siqnal kəşfiyyatı aparmağa və qabaqcıl texnologiya əldə etməyə çalışırlar.
Norveç mətbuatı yazır ki, bu, Rusiya diplomatlarının ölkə tarixində ən böyük qovulmasıdır.
Rusiya diplomatların Norveçdən çıxarılmasını qəsdən düşmənçiliyin qızışdırılması kimi qiymətləndirdiyini bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR