Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8702
az

Salyanda qəzada 4 nəfər yaralandı - Biri şöbə sədridir... - YENİLƏNİB

18:4708 Yanvar, 2019
752
KRİMİNAL
  • A
18:34

Bu gün saat 16 radələrində yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Çuxanlı kəndindən keçən 38-ci km-də 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Oxu24.com-un virtualaz.org-a istinadən məlumatına görə, Neftçala şəhər sakini, 62 yaşlı Ağalarov Mircəfər Mirəhməd oğlunun idarə etdiyi Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinə məxsus 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomaşın hərəkətdə olarkən sürücünün ani yuxuya getməsi səbəbindən yol nişanına dəyərək aşıb.

Hadisə nəticəsində avtomaşında olan Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinin sədri, 62 yaşlı Asudə Həsən qızı Cəfərova, təşkilatın mühasibibi və eyni zamanda, Neftçala Qadın Resurs Mərkəzinin sədri 51 yaşlı Gülqədəm Abduləli qızı Mirzəzadə və sürücünün həyat yoldaşı - 62 yaşlı Mirvari Mirəhməd qızı Ağalarova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Asudə Cəfəovanın verdiyi məlumata görə, onlar Bakı şəhərində təşkilatın hesabatını verib qayıdırmışlar.

---------
18:21

Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ciil təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.

----------
17:56

Salyan rayonunda yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Atara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki "Mercedes" markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı