Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87019
az

Rusiya bu şəhəri vurdu: Ölən və xeyli yaralı var

23:0514 Aprel, 2023
141
DÜNYA
  • A

Rusiya ordusunun Ukraynanın Slovyansk şəhərinə endirdiyi raket hücumları nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Oxu24.com  xəbər verir ki, bu haqda Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko sosial media hesabında açıqlama verib.

Kirilenko Rusiyanın yerli vaxtla saat 16:00 radələrində S-300 raketləri ilə Slovyansk şəhərinə hücum etdiyini bildirib. O, hücumlarda 5 mənzil və 5 evin zərər gördüyünü qeyd edib:

“Saat 18.00-a olan məlumata görə, 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb”.
Dağıntılar altında 1-i uşaq olmaqla 7 nəfərin ola biləcəyini deyən Kirilenko, axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyini bildirib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarici İşlər Nazirliyi Trampı Baydenin səhvlərini düzəltməyə çağırıb
Google Rusiyanı 2 milyard rubl məbləğində cərimələdi
Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Taliban liderini həbs etməyə çağırıb

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi