İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
13 Mart 2025, 00:46
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
218
14.04.2023, 19:18
Aprelin 14-ü Daxili İşlər Nazirliyində (DİN) mülkiyyət əleyhinə cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, prosessual araşdırmalar zamanı qanunçuluğa və uçot-qeydiyyat intizamına riayət edilməsinin, ailə münaqişəsi zəminində törədilən cinayətlərin profilaktikası sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclası keçirilib.
Bu barədə Oxu24.com-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, möhkəm təməllərə söykənən ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2023-cü ilin I rübündə məqsədyönlü şəkildə davam etdirilib.
Ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb. Qəsdən adam öldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. Ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib.
Həmçinin yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. Müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib.
Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib.
Həmçinin oxuyun
Kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 1.258 vətəndaşın qəbulu həyata keçirilərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, 23.042 vətəndaş müraciəti hərtərəfli və obyektiv araşdırılıb, təşəbbüskarlar hüquqları izah edilməklə yazılı məlumatlandırılıb.
Nazirliyin “102” Xidmətinə və qaynar xətlərinə daxil olan, eləcə də sosial şəbəkələrdə yayımlanan hər bir şikayətə çevik reaksiya verilib, insanların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
Kollegiyada bayır xidmətinin fəaliyyətinin təşkili və vətəndaşların narazılığını doğuran hüquqpozmaların qarşısının alınması üzrə verilmiş tapşırıqların icrası barədə nazir müavini polis general-mayoru Oqtay Kərimov, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi məsələsi ilə əlaqədar Polis Akademiyasının rəisi polis general-mayoru Canpolad Daanov, gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Sərdar Səfərov məruzə ediblər.
Müzakirə olunan məsələlər ətrafında bir sıra ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxış ediblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını diqqətə çatdırıb.
Eyni zamanda, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini nəzərə çatdıraraq bu istiqamətlərdə fəaliyyətin səmərəliliyinin artırılması, ümumi işə mənfi təsiri olan halların qarşısının alınması ilə bağlı vəzifələri müəyyən edib, eləcə də tapşırıq və tövsiyələrini verib.
Nazir general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
38
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
63
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
50
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
60
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
58
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
59
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
52
21:31 / 12 Mart 2025
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı fikrini açıqladı
62
20:54 / 12 Mart 2025
13 yaşlı oğlan eyvandan yıxılıb öldü
66
20:48 / 12 Mart 2025
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
80
20:30 / 12 Mart 2025
Sarkisyana qadağa qoyuldu
92
20:15 / 12 Mart 2025
SON DƏQİQƏ! Prezident yeni təyinat edib
1983
20:13 / 12 Mart 2025
Təyyarə göydə tüstülədi
81
20:10 / 12 Mart 2025
İsrail 5000 Kamikadze İHA almağa hazırlaşır
95
20:02 / 12 Mart 2025
Çinli ixracatçılar Rusiyada malların ələ keçirildiyini bildirirlər
82
19:52 / 12 Mart 2025
Serbiya BMT-nin Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səsverməni geri götürüb
85
19:33 / 12 Mart 2025
SON DƏQİQƏ! Onlar həbs edildilər
788
19:25 / 12 Mart 2025
Türkiyəyə böyük ümidlər var
91
19:22 / 12 Mart 2025
“Qazprom”un top meneceri kokainlə həbs edilib
91
19:19 / 12 Mart 2025
Rusiya səfirliyi Yunanıstanın RİA Novosti-yə akkreditasiyadan imtina etməsinə cavab verib
96
19:15 / 12 Mart 2025
Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər
87
19:11 / 12 Mart 2025
Ərazilər Rusiyada qalacaq - KİV
95
18:55 / 12 Mart 2025
Kanadadan ABŞ-yə cavab
85
18:50 / 12 Mart 2025
3 rayonda qaz olmayacaq
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.