Malinin cənub və daxili bölgələrində törədilən terror aktlarında 7 nəfər həyatını itirib.
Oxu24.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, naməlum silahlı şəxslər Burkina-Faso sərhədinə yaxın Sikasso bölgəsindəki Heremakono sərhəd məntəqəsinə hücum ediblər.
Hadisədə qanalı sürücü və polis məmuru həyatını itirib, 3 nəfər yaralanıb.
Naməlum şəxslər ölkənin daxili hissəsində yerləşən Mopti bölgəsinin Bankass rayonunun Djan-Oikoro kəndinə hücum ediblər.
Hücum nəticəsində 5 nəfər həlak olub.
Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.
2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR