Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86980
az

Pişik üstündə düşən davaya görə 8 il 6 ay həbs edildilər

16:5514 Aprel, 2023
152
CƏMİYYƏT
  • A

Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğu bir nəfəri görüşə çağıraraq quldurluq edib.

OXU24.COM xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, hadisə bir müddət öncə Ramana qəsəbəsində baş verib.

İttihama görə, 2003-cü il təvəllüdlü Kamil Əliyev (şərti) və 1992-ci il təvəllüdlü Murad Əkbərov (şərti soyad) cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirdiklərini fikirləşiblər. Onlar instaqramda tanış olduqları Sədi Məmmədovu (şərti) qarət etmək qərarına gəliblər. Kamil Sədiyə "Skottish" cinsindən olan pişik saxladığını deyib, onun eyni cinsdən olan pişiyi ilə cütləşdirmək üçün Ramanada görüş təyin edib. Görüş zamanı Kamil özündə kontur olmadığını bildirib, pişiyi gətirən adama zəng etmək bəhanəsi ilə Sədinin telefonunu istəyib. Bu zaman Murad arxadan yaxınlaşaraq Sədini yumruqla vurub. Onun müqavimətini qırmaqla 40 manat dəyərində gödəkçəsini, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində "Bakıkart"ını, içində pul olmayan bank kartını və 80 manat dəyərində mobil telefonunu götürüblər. Sədiyə ümumilikdə 137 manat ziyan vurublar. 

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) cinayət işi başlanıb. Kamil və Murad tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 8 il 6 ay müddətə həbs cəzası verib.
Ətraflı

Qərardan narazı qalan K.Əliyev və M.Əkbərov apellyasiya şikayəti verib. Kamil bəraət, Murad isə ittiham olunduğu maddənin yüngülləşdirilməsini istəyib. Onların şikayətinə bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Murad məhkəmədə deyib ki, o, həmin gün küçədə Kamilin bir nəfərlə mübahisə etdiyini, hər ikisinin uca səslə söyüşlər söydüyünü görüb: "Onlara yaxınlaşanda Sədi nalayiq söyüş söydüyündən Sədininüzündən yumruq vuraraq həmin yerdən qaçıb getdim. Hadisə yerinə gələrkən qəfəsdə bir pişik də görmüşdüm. Polis bölməsində bildim ki, Kamil Sədinin telefonunu götürüb".

Kamil Əliyev isə pişiklərini cütləşdirmək məqsədilə ilk olaraq Sədinin ona yazdığını deyib: "Sədi "Skottish" cinsli pişiyi olduğunu, cütləşdirmək istədiyini dedi. Mən də təklifini qəbul edib görüşdüm. Lakin Sədi görüşə pişiyini gətirməmişdi. Səbəbini soruşanda dedi ki, "gəlmişəm sənin pişiyini aparam". Bunun üstündə mübahisə düşdü, söyüş söydü. Həmin vaxt Murad arxadan gəlib Sədiyə yumruq vuraraq qaçdı. Muradın hadisə yerinə necə gəldiyini bilmirəm. Sədi zərbədən yerə yıxıldı. Gödəkçəsi bulaşmışdı deyə çıxarıb tulladı və Muradın arxasınca qaçdı. Sədinin gödəkçəsini götürüb evə apardım, cibində telefon olduğunu görüb fikirləşdim ki, Sədi məhəlləni tanıyır, səhər gələndə gödəkçəni və telefonu verərəm. Biz artıq barışmışıq, heç bir şikayət və tələb yoxdur".

Məhkəmə apellyasiya şikayətlərini əsassız hesab edib. Hər iki şəxsin cəza müddəti dəyişdirilmədən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır -VİDEO
Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin