Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86973
az

Ötən il inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı artıb

16:4214 Aprel, 2023
127
KRİMİNAL
  • A

Ötən il inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 50,7 min nəfər olub.

Bu barədə Oxu24.com  Dövlət Statisika Komitəsinə istinadən xəbər verir.

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 93,7 min işə baxılıb ki, bu da 2021-ci ilin göstəricisindən 30,2 faiz çoxdur.

Onların 63,2 faizi idarəçilik qaydaları, 5,4 faizi yol hərəkəti qaydaları, 3,9 faizi mülkiyyət əleyhinə, 3,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 3,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,7 faizi sağlamlıq əleyhinə, 0,9 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə, 0,3 faizi gömrük qaydaları əleyhinə olan, qalanları isə digər inzibati xətalarla bağlı olub.

2022-ci ildə baxılmış işlərin 54,1 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilmiş, 37,6 faizinin icraatına xitam verilmiş, 8,3 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 50,7 min nəfər olmuşdur. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,4 faizinə inzibati cərimə, 38,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 18,8 faizinə inzibati həbs, 1,8 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi