İsveçdə rusiyalı qadın casusluqda şübhəli bilinərək həbs edilib.
Oxu24.com xəbər verir ki,bu barədə İsveç mətbuatı məlumat yayıb.
Bildirilir ki, rusiyalı qadın Göteborqdakı “Prim” neft emalı zavodunda işləyirmiş.
Şirkətdən bildirilib ki, xarici ölkə vətəndaşı zavodun subpodratçı kimi işə götürülüb. Digər təfərrüatlar hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aprelin 13-də ciddi məxfilik şəraitində xüsusi əməliyyat keçirib.
Hazırda istintaq ilkin mərhələdədir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR