Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8696
az

"Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib" - Deputat Mehman Hüseynov haqda

16:2208 Yanvar, 2019
1147
CƏMİYYƏT
  • A
 "Təkcə Mehman Hüseynov aclıq etmir, Afrikada da insanların çoxu acdır. Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı şou düzəldən adamlar bəs nə üçün Afrikadakı ac insanlarla bağlı beynəlxalq təşkilatlara müraciət etmirlər? Bəs bizim müxalifət Afrikadakı ac adamlarla bağlı nə üçün BMT-yə müraciət etmirlər? Görünür ki, bunlar şou kampaniyası aparırlar".

Oxu24.com xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

Deputat radikal müxalif qüvvələr tərəfindən Mehman Hüseynovla bağlı şou kampaniyası aparıldığını söyləyib:

"Bəs müxalifət nə üçün Avropada etiraz aksiyası keçirən "sarı jiletliləri" müdafiə etmir? Nə üçün Latın Amerikasından ABŞ-a gəlmək istəyən insanların müdafiəsinə qalxmırlar? İndi gic-gic Azərbaycan dövləti əleyhinə kampaniya aparırlar. Mən heç Mehman Hüseynovu tanımıram, heç tanımaq da istəmirəm. Yaxşı ki, mən sosial şəbəkələrdə yoxam. Çünki harada avara var, sosial şəbəkələrdədir. Elə Mehman Hüseynov özü də soyunub foto çəkdirirdi. Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib. Bilmirəm ki, bu cür oğul böyüdən anaya Allahdan rəhmət düşür, yoxsa yox! Rusiyada da biri var idi, özünü mıxla "qırmızı meydan"da divara vururdu. Sonra o adam Fransaya gedib bank yandırmaq istəyəndə həbs etdilər. Sonra həmin adam Rusiyaya qayıtdı. İndi Mehmanı da Fransaya göndərmək lazımdır. Vaxtilə Avropa normal sığınacaq istəyən adamlara sığınacaq vermirdi. Amma indi harada avara var, onlara sığınacaq verir".

Araz Əlizadə vaxtilə mühacir həyatı yaşdığını deyib:

"Vaxtilə mən də mühacir həyatı yaşamışam. Özü də harada istəsəydim, mənə sığınacaq verəcəkdilər. Amma bir dəfə belə sığınacaq üçün müraciət etmədim. Dedim ki, mən mütləq Azərbaycana qayıtmalıyam. Vətənini istəyən adam başqa ölkədə sığınacaq almaz. O ki qaldı aclıq aksiyasına, mən də vaxtilə bir neçə gün aclıq elan etmişəm. İnsan aclıq edəndə, 8 gündən sonra ondan qəribə qoxular gəlir. Beynəlxalq insan hüquqlarına görə, insandan qoxu gələn zaman o, 1 nəfərlik kameralara köçürülür. Sonra isə həmin adama məcburi qida verilir. Yəni, Mehman Hüseynov da yalandan camaatı aldatmasın. O istəməsə belə, ona qida verilir. Bu məcburi qidadır. Vaxtilə mənə həmin məcburi qidanı burun vasitəsilə verirdilər. Bu qida isə insanı aclıqdan ölməyə qoymur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dönər üçün ət yalnız bu yerlərdən alına bilər - Qərar
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı