Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 132-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Oxu24.com-a verilən xəbərə görə, Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kamaz” markalı yük avtomobil ilə “DAF” markalı tranzit yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “DAF” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxu24.com
ŞƏRHLƏR