Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86940
az

Bayden Ledi Qaqaya yüksək vəzifə verdi

11:1314 Aprel, 2023
333
ŞOU-BİZNES
  • A

Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.

Oxu24.com  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir.

Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Qeyd edilir ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir

1982-ci ildə yaradılmış Komitə ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib.

Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kerimcan Durmaz     həbs      edildi
Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı -EKSKLÜZİV GÖRÜNTÜLƏR
Kıvanç məşhur serialda        rol      alacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu