Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86905
az

1 ədəd  banan  görün bədənimizə nələr edir - İNANILMAZ

22:4313 Aprel, 2023
731
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün sizə  banan haqqında danışacağam. Botanik əlamətlərinə görə, banan giləmeyvə sayılır, amma qida təsnifatında o, meyvədir. 

Hipertoniya zamanı. 

Elmi araşdırmalar göstərib ki, hipertoniyanın əsas səbəblərindən biri kalium çatışmazlığıdır.   Eyni zamanda, o da məlum olub ki, qan təzyiqinin qəfil yüksəlməsinin qarşısını almaq üçün kaliumla zəngin qidalar yeyilməlidir. Banan məhz bu cür-kaliumla zəngin qidalardandır. ABŞ alimləri müəyyən edib ki, bananın tərkibindəki kalium damarların tonusunu aşağı salır.  Mütəmadi olaraq, banan yeyən insanlarda damarların axım gücü artır, nəticədə, arterial təzyiq nizama düşür. 
 Sərbəst, heç bir maneəyə rast gəlmədən dövr edən qan beyinin funksiyasını da yaxşılaşdırır, arterial damarların əzələlərini oksigenlə təmin edir. Həmçinin, damar tıxanıqlığı riskini aşağı salır ki, bu da miokard infarktı və insult kimi xəstəliklərdən qoruyur, aterosklerozun əmələ gəlməsinə mane olur, ümumiyyətlə, ürək-damar sistemində hər hansı problemin yaranmasına imkan vermir. 
  Xülasə, orta ölçülü 1 banan yeməklə, orqanizminizə 400 mq kalium daxil etmiş olarsınız.  Qeyd edim ki, orqanizmin gündəlik kalium ehtiyacı 3200 mq-dır. 

 Qəbizlik zamanı. 

 Oturaq həyat tərzi və fast-food`larla qidalanma qəbizliyin ən geniş yayılmış səbəblərindəndir.   Çünki qeyri-düzgün qidalanma zamanı orqanizmə lazımi qədər qida lifi ötürülmür.  Banan yeməklə lif çatışmazlığını aradan qaldırmaq, nəticədə, həzm prosesini yaxşılaşdırmaq mümkündür.  Bananla birgə rasionunuza kəpəkli çörək, meyvə-tərəvəz daxil etsəniz, qəbizlikdən yaxa qurtaracaqsınız, eyni zamanda, yuxu rejiminiz düzələcək, yaddaşınız möhkəmlənəcək. 
 Bananın tərkibində insan həyatı üçün vacib olan antioksidantlar və amin turşuları da var. Bunlara misal olaraq, dopamin və triptofanı göstərmək olar. Hər ikisi də əhval-ruhiyyəni yüksəltmək və zehni açmaq qabiliyyətinə malikdir. Maqnium və B6 vitamini isə yuxu rejimini normaya salır, stresslə mübarizədə kömək edir. 

 Şəkərli diabet zamanı.

 Həm I, həm də II tip şəkərli diabetdən əziyyət çəkənlər üçün də banan lazımlı qidadır.  Aparılan bir araşdırmada diabet xəstələrinə səhər yeməyində 250-500 qr banan  verilib. 3 ay davam edən prosedurdan sonra  həmin xəstələrin qanında xolesterinin və qlükozanın önəmli dərəcədə azaldığı müşahidə edilib. Bundan sonra mütəxəssislər öz qənaətlərinə belə bir cümlə əlavə ediblər: “Gündə 250-500 qr  miqdarında banan yemək diabet xəstələrinin həyat keyfiyyətlərini yaxşılaşdırır.”

 Astma zamanı. 

 Təəccüblü gələ bilər, amma banan astma xəstələrinin də köməyinə çatır. Simptomları və öskürəklərin intensivliyini azaldır.  
London İmperial Kollecinin əməkdaşlarının 2007-ci ildə apardığı araşdırmada sübut olunub ki, 5-10 yaş arası uşaqlara hər gün banan yedirtməklə, mövsümi və virus qaynaqlı xəstəliklərə tutulma riskini önəmli dərəcədə azaltmaq olar.  Buna görə də, alimlər tövsiyə edir ki, bu yaşda uşaqlara gün ərzində 1 banan yedirtməli,  növbəti öynədə 1 stəkan alma şirəsi içirməliyik. 

 Bütün faydalarına baxmayaraq, banan oturaq  həyat tərzi keçirənlərə mənfi təsir də göstərə bilər. Səbəb bananın ləng həzm olunmasıdır. Yeməkdən sonra  yeyilən banan mədədə ağırlıq hissi də yarada bilər.  Yaxşı olar ki, bananı yedikdən həmən sonra hər hansı maye qəbul etməyəsiniz. Faydalarından yararlanmaq üçün isə bananı acqarına yemək məsləhətdir. 
 Yeməkdən bir saat sonra yeyilən banan ləng həzm olunduğuna görə, orqanizmdə maye qıtlığı yaradır. Bu da qanın qatılaşmasına gətirib çıxarır. Nəticədə isə, venalarda  tromboz riski artır. 
 Nadirən olsa da, banan allergik reaksiyalar yarada bilir.  Bananın kişilərin cinsi aktivliyini aşağı salması da mif deyil. Qanda qatılaşma yarananda  cinsi orqana qan axımı azalır, nəticədə, xoşagəlməz hal baş verir. 
 Bununla belə, gün ərzində acqarına yeyilən 1 banan orqanizmə  faydalıdır. Artıq yeyilərsə, ziyandır. Çünki bananın qlikemik indeksinin yüksək olması sirr deyil. 1 dənədən artıq yeyilən banan şəkərli diabet xəstələri üçün problem olar. 
 Bir də, onu qeyd edim ki, banan alarkən onun təbii olmasına fikir verin. Son zamanlar satışa çıxarılan bananların tərkibində bəzi kanserogen maddələr və petisidlər aşkarlandığı barədə elektron mətbuatda yazılar yer alır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda meyiti tapılan 109 yaşlı şəxs görün kim imiş
7 nəfər öldü - Azərbaycanda faciə
İş və istirahət günlərinin yerləri dəyişdirildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Əsgərimizin ölümü ilə bağlı həbs          edilən      var