Rusiya müxalifətinin lideri, həbxanada cəza çəkən Aleksey Navalnı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini həbsdən azad etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, bu barədə Navalnı sosial şəbəkə hesabında paylaşım edib.
“Saakaşvili çox xəstədir və simulyasiya haqqında bütün söhbətlər cəfəngiyyatdır. İnanın, həbsxana hər kəsin sağlamlığını böyük sürətlə alır. Onu şərti cəza ilə müalicəyə buraxmaq və ya tərəflərə qanuna əməl etməyə və üzünü qorumağa imkan verəcək bu kimi bir şey etmək ən doğru şey olardı”, - deyə Navalnının sosial şəbəkələrdəki paylaşımında deyilir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR