Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86834
az

Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb

09:5413 Aprel, 2023
138
DÜNYA
  • A

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə doğru naməlum ballistik raket atıb.

Bu  barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Qeyd olunub ki, bununla da Pxenyan cari ildə 12-ci ballistik raket buraxılışı həyata keçirib. Şimali Koreya bundan əvvəl martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.

Raketin buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.


Yaponiyanın Baş naziri Fumio Kisida KXDR tərəfindən ballistik raket buraxılışı ilə əlaqədar gəmilərin və təyyarələrin təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.

Bildirilib ki, o, həmçinin əhaliyə operativ məlumat verilməsi, eləcə də gözlənilməz vəziyyətlə bağlı hazırlığın təmin edilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.


Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, KXDR 2022-ci ildə görünməmiş sayda təxribatlar törədib, regionda sabitliyi pozub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“50-dən çox ölkə ilə birlikdə hərəkət edirik”
Belousov        Şimali             Koreyadadır
İtaliyada    zəlzələ     oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Paytaxt sakininin kartından  oğurluq    edildi