Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86826
az

Qasım Süleymaninin Azərbaycan planı üzə çıxdı - Video

00:0213 Aprel, 2023
193
DÜNYA
  • A

İranın rəsmi “İran” qəzeti “Hüseyniyyun” terror qruplaşmasının üzvləri ilə müsahibə dərc edib.

Oxu24.com  xəbər verir ki, bu müsahibə Azərbaycan hakimiyyətini hədələmək və aşağılamaqla yanaşı, bəzi həqiqətləri də üzə çıxarıb.

“Hüseyniyyun” terror qruplaşmasının qurucusu Tövhid İbrahim Bigli müsahibəsində Qasım Süleymaninin bu qrupun yaranmasındakı rolu haqqında deyib:

“Hacı Qasım bir gün Suriyada müharibənin bitəcəyinə inanırdı, lakin müqavimət oxunun işi İsraillə birlikdə Cənubi Qafqaza köçəcəkdi. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyyun”un nizamnaməsini imzaladı”.

Bu müsahibədə iştirak edən terror qruplaşmasının digər üzvləri Orxan Məhəmmədov, Musa Əsədzadə və Əkrəm Hacızadədir.

“Hüseynyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdinin məsuliyyətini dolayısı ilə öz üzərlərinə götürürlər.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ-ın zərbələri nəticəsində İraqda öldürülüb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın hücum təyyarələri məhv edilib
Çin Ukraynada müharibəyə son qoyulmasını istəyir
Şimali Kipr Türkiyənin bir hissəsi olmaq istəyir

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı