"Bu gün doğum günüm olsa da, etmədim. Vətənim 3 şəhid verdiyi ərəfədə nəinki doğum günü qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum: Şəhidimiz var".
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva instaqram hesabında yazıb. Bu gün ad günü olan sənətçi dostları ilə birlikdə planlaşdırdığı tədbiri təxirə salıb:
"Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm. Bu hisslər mənə yad olan bir hisslər deyil. Bu gün mən, mənim əzizlərim, doğmalarım rahat yaşayırıqsa, bu Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir. Düşmənlə üzbəüz duran hər bir hərbçimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Bu gün həm də Qədr gecəsidir. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar edirik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm".
Oxu24.com
ŞƏRHLƏR