Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.
Oxu24.com xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.
Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-də Donetski atəşə tutmuşdu.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. BMT-nin məlumatına görə, indiyədək Ukraynada 8500-ə yaxın dinc sakin həlak olub.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR