Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
867
az

Azərbaycan erməni mətbuatını izləyəcək - YENİ LAYİHƏ

12:2220 Aprel, 2018
1098
CƏMİYYƏT
  • A
 Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsi çərçivəsində “Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi” adlı layihəni 01 may-31 iyul 2018-ci ildə həyata keçirəcək.

Oxu24.com  xəbər verir ki, layihə çərçivəsində Ermənistan mətbuatının aparıcı KİV-də və internet resurslarında Azərbaycan haqqında verilən informasiyalar dəyərləndiriləcək, Azərbaycana qarşı təbliğat istiqamətində hansı işlərin görüldüyü, hansı informasiyaların verildiyi, informasiyaların verilmə şəkli, manşet xəbər olması və s. araşdırılacaq, mövzulara görə təsnif ediləcək.

Azərbaycan 29 ildir Ermənistan ilə müharibə şəraitində yaşayır. Ermənistan bu illər ərzində mətbuat vasitəsilə mütəmadi olaraq Azərbaycana qarşı təbliğat kampaniyası aparır və dezinformasiyalar verir. Bu təbliğat həm dövlət nəzarətində olan mətbu orqanlar tərəfindən, həm də müstəqil mətbu orqanlar tərəfindən aparılır.

Ermənistan sadəcə ölkə daxilində deyil, eyni zamanda xarici dövlətlərdə də Azərbaycan əleyhinə məlumat və informasiyalar yayır.

İnternetin Ermənistan seqmetində KİV-rin hansı istiqamətlər üzrə Azərbaycana qarşı yalan məlumatlar yaydığı, hansı üsullarla bunları həyata keçirdiyi, hansı məsələləri gündəmə gətirdiyi, xəbərlərin mahiyyətinin nə olduğu, hansı nəticələri gözlədiyi üç ay müddətində tədqiq ediləcək

ATSAM 9 ildir mütəmadi olaraq Ermənistan mətbuatını izləyir. Bu zaman həm erməni dilində, həm də rus dilində yayımlanan xəbər agentlikləri diqqətə alınır. Hər iki dildə KİV-lərdə hər gün onlarla informasiyalar verilir və bu informasiyaların öyrənilməsi, analiz edilməsi və sistemləşdirilməsi zərurəti yaranır. Ermənistan KİV-də Azərbaycan ilə bağlı hansı informasiyaların hansı şəkildə verilməsini tədqiq etmək olduqca vacibdir. Bu zaman hansı məsələlərin ön plana çıxarıldığını bilmək, qarşı tərəfin təbliğat planları haqqında məlumat əldə etməyə imkan verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü