Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86680
az

Yüksək Liqa: \"Murov\" çempionluq, \"Neftçi\" bürünc medal uğrunda ilk addımı atıb

00:0812 Aprel, 2023
299
  • A

Kişi voleybolçular arasında Azərbaycan çempionatının final mərhələsinə start verilib.

Oxu24.com-un məlumatına görə, Voleybol Mərkəzində üçüncülük və qızıl medal uğrunda birinci qarşılaşmalar keçirilib.

İlk olaraq meydana Yüksək Liqanın bürünc medalı üçün yarışan "Neftçi" və MOİK klubları çıxıblar. Üç set davam edən görüş nominal meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:19, 25:18, 26:24).

Daha sonra finalın ilk oyunu keçirilib. "Xarı bülbül" və "Murov" kollektivləri arasında baş tutan görüş isə daha gərgin alınıb. İlk seti Şuşa təmsilçisi qazansa da, növbəti hissələrdə daha yaxşı təsir bağışlayan "Murov" 3:1 (20:25, 25:20, 25:19, 25:17) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, reqlamentə əsasən komandalar üç qələbəyədək mübarizə aparırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parataekvondoçumuz yarımfinala yüksəldi
"Qarabağ"ın rəqibləri bəlli oldu - YENİLƏNİB (VİDEO)
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var