Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

XƏBƏR LENTİ

10 May 2024
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
Prezident İlham Əliyev Qarabağda: dövlət başçısı Şuşaya qayıdan sakinlərlə görüşdü – CANLI
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Yaponiya Rusiyanın strateji qüvvələrinin daim hazır olması ilə bağlı bəyanatı yüksək qiymətləndirib
ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb
ABŞ-da şirkət Rusiya uranının idxalına qoyulan qadağaya istisna tələb edəcək
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Rusiyanın Almaniyadakı keçmiş Baş Konsulluğunun kompleksinə hücum olub
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
BÜTÜN XƏBƏRLƏR
86647
az

“Oğlum məni vurdu, kürəyimdə bıçaqla xəstəxanaya getdim”

19:5611 Aprel, 2023
174
  • A

Gəncə Ağır Cinayətlər Məhkəməsində 21 sentyabr 2022-ci il tarixdə Şəmkir şəhərində yaşadığı evin həyətində atasını bıçaqlayan 15 yaşlı Ruslan Abbasovun (şərti ad-soyadlar) məhkəməsi keçirilib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, orta məktəbin 8-ci sinif şagirdi olan R.Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Yeniyetmə məhkəmədə bildirib ki, həmin gün atası B.Abbasov onu aptekə dərman almağa göndərmək istəyib, o isə dostları ilə velosiped sürüb. Oğlunun dediyinə əməl etmədiyini görən B.Abbasov övladına acıqlanıb və əsəbiləşdiyi üçün özünü pis hiss edərək yerə oturub. Atasının yerdə qaldığını görən oğlan bıçaqla onun kürəyinə zərbə endirib.

Oğlu tərəfindən bıçaqlanan B.Abbasov ifadəsində bunları deyib: "Həmin gün həyətdə oğluma aptekə gedib mənim üçün dərman almasını tapşırdım. Bir neçə dəfə təkrar etsəm də, Ruslan aptekə getmədi. Oğlumun məni eşitməməsindən əsəbiləşib ona sərt şəkildə acıqlandım. Bundan sonra halım pisləşdi, özümü saxlaya bilməyib həyətdə yerə yıxıldım, əlimi yerə dirəyib qaldım. Bu zaman arxadan kürəyimə zərbə dəydiyini hiss etdim, çevrilib arxaya baxanda oğlumun qaçıb getdiyini gördüm. Əvvəlcə Ruslanın kürəyimə daşla vurduğunu fikirləşdim, ancaq ayağa qalxdıqda, ağrı olanda bıçaqla vurduğunu hiss etdim. Çünki bıçaq kürəyimə batmış vəziyyətdə qalmışdı. Həyat yoldaşım yaxınlaşarkən polislər gələndə qorxmasınlar deyə uşaqları da götürüb getməsini bildirdim. Sonra tək küçəyə çıxıb qonşudan məni xəstəxanaya aparmasını xahiş etdim. Xəstəxanada həkimlər kürəyimdə qalan bıçağı çıxararaq tibbi yardım göstərdilər".

Məhkəmədə ifadə verən Ruslan Abbasov atasını bıçaqlayandan sonra 20 gün evə getmədiyini deyib: "Atamın mənə sərt şəkildə acıqlanması pis təsir etdiyi üçün həyətdə stolun üzərində olan bıçağı götürərək arxadan kürəyinə iki dəfə vurdum, bıçaq batılı vəziyyətdə qaldı. Bunu görüb həyəcanlandım, qorxduğum üçün həyətdən qaçıb getdim, 15-20 gün evə gəlmədim, gecələr yaşadığımız küçədə yaşayış olmayan yarımçıq evlərdə, bəzi vaxtlarda isə atamgil yatandan sonra həyətə gələrək hamamın üstündə yatırdım. Atamın evdə mənə və ailə üzvlərimizə qarşı münasibəti həmişə yaxşı olub".

Zərərçəkən şəxs bildirib ki, hadisədən sonra oğlu qorxduğu üçün xeyli vaxt evə gəlməyib. B.Abbasov müharibə iştirakçısı olduğunu, müharibədə aldığı kontuziyadan sonra psixi vəziyyətinin ağırlaşdığını, bir neçə dəfə pisixiatrik xəstəxanada stasionar müalicədə aldığını, mütəmadi olaraq dərman qəbul etdiyini, psixi xəstəliyi ilə əlaqədar olaraq tez-tez əsəbiləşdiyini, amma övladları və ailəsi ilə münasibətlərinin yaxşı olduğunu deyib. Sonra ata oğluna həbslə əlaqəli olmayan cəzanın verilməsini xahiş edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses aprelin 7-də başa çatıb. Ruslan Abbasova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO