Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86643
az

Ermənistan itkilərini açıqladı

19:2111 Aprel, 2023
1024
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, bu gün erməni silahlı birləşmələri Azərbaycanla sərhəddə növbəti təxribatı törədib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Ordumuzun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
 

Oxu24.com  xəbər verir ki, "Hraparak” qəzeti Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisinin öldüyünü, çoxlu sayda yaralının olduğunu yazıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır. Onun vəziyyəti ağırdır. Armen Gözləyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə
Azərbaycanda güclü partlayış:Yaralılar var
Ayşən Kazımovanı binadan atdılar - Bakıda dəhşətli hadisə

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü