Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86637
az

Rəqsanədən gözlənilməz addım: Təranənin qızlarını aparıb… - Qalmaqal - VİDEO

18:1311 Aprel, 2023
273
ŞOU-BİZNES
  • A

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, həbs olunan prodüser Təranə Səmədovanın övladlarını himayəsinə götürüb.

OXU24.COM savash.org-a istinadən xəbər verir ki, müğənni valideynlərdən etibarnamə almadan prodüserin qızlarını sığınacaqdan götürərək bağ evinə aparıb.

Məsələ ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu faktı təsdiqləyib. O, bildirib ki, uşaqlar hazırda Rəqsanə İsmayılovanın yanındadır:

"Valideyn icazəsi ilə bağlı olan məsələyə aydınlıq gətirim. Valideyn hal-hazırda təcridxanadadır. İkincisi, uşaqlar dövlət qurumlarının iştirakı ilə sığınacağa təhvil verilib və uşağın istəyi ilə bir müddət - rəsmi qəyyum təyin olunanadək Rəqsanə İsmayılovanın yanında qalmasını bildirib. Biz bununla bağlı aidiyyatı qurumlara da məlumat vermişik".

Onun sözlərinə görə, uşaqlar müğənninin yanında qaldığı müddətcə aidiyyatı orqanlar tərəfindən nəzarətdə saxlanılır və onların vəziyyəti ilə bağlı mütəmadi məlumat alınır:

"Uşaqlar Rəqsanə İsmayılovanın yanında qaldığı müddətdə Sosial Xidmətlər Agentliyi, Xətai Rayon İcra Hakimiyyəti, polis bölməsi hər biri uşaqların vəziyyəti ilə yerində gedib maraqlanıb, mən də getmişəm. Bu ziyarətdə iştirak edib uşaqların vəziyyətini qiymətləndirmişəm.

Ananın icazəsi olmadan dediyiniz məsələyə gəldikdə isə ana bu iki ay boyu gah dedi ki, övladlarım uşaq sığınacağında qalsın, gah dedi Rəqsanəyə etibarnamə verirəm. Bütün səlahiyyətlər qanuni nümayəndə olaraq Xətai Rayon İcra Hakimiyyəti yanındakı komissiyaya aid olduğuna görə, uşaqlar adıçəkilən qurumlar tərəfindən nəzarətdə saxlanılır".

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR