Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8663
az

Pensiyası 180 manat olanlara 4 manat 50 qəpik, 200 manat olanlara 5 manat... - Artım belə olacaq + RƏQƏMLƏR

23:5407 Yanvar, 2019
1271
İQTİSADİYYAT
  • A
 "Pensiya artımı 4-6 manat intervalında dəyişəcək".

Oxu24.com xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bugünkü açıqlamasını şərh edib və pensiya artımı ilə bağlı proqnozunu açıqlayıb:

"Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır.

DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq.

Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Yəni, ötən ilki pensiyası 180 manat olanlar üçün artım bu il 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım olacaq.

Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir.

Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin DİQQƏTİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
Bu maşınlar kəskin BAHALAŞDI
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı