Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86628
az

Qalmaqal: Aparıcı Əməkdar artisti efirə buraxmadı - VİDEO

16:3911 Aprel, 2023
202
CƏMİYYƏT
  • A

Bu gün "Space səhər" efirində gərgin anlar yaşanıb.

OXU24.COM  olay-a istinadən yazır ki, Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikib.

Sənətçinin verilişə gəlməməsi aparıcı Rövşanə Ağasəfqızını özündən çıxarıb. O, elə canlı efirdə İlkin Əhmədov barədə fikirlər səsləndirib:
Ətraflı

"Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Biz saat 6-dan buradayıq, haradasan, İlkin Əhmədov? Biz sənə hörmət etmişik, əziz bilmişik. Anonslar paylaşılıb, insanlar da səni gözləyir. Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur".

Qeyd edək ki, İ.Əhmədova sonradan efirə gəlsə də, R.Ağasəfqızı efirin sonuna 10 dəqiqə qaldığını deyərək onu efirə buraxmayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü