İngiltərədə zəhərlənən rus agent Sergey Skripal və qızı Yuliyanın xarici görünüşündə ciddi dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, bu ilginc iddia ilə İngiltərənin "Daily Telegraph" qəzeti çıxış edib.
Hazırda İngiltərədə yaşayan skripalların tamamilə sifətlərinin dəyişdirildiyi iddia olunur.
Ailənin və şahidlərin qorunması proqramına baxmayaraq spripalların yaxınları Rusiyada yaşayırlar.
4 Mart 2018-ci ildə keçmiş GRU zabiti Sergey Skripal və qızı Yulia Salisburydə zəhərlənmişdilər. Baş verənlərə görə London Kremli ittiham edib. Oxu24.com
ŞƏRHLƏR