“İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunması Azərbaycanda məhkəmə sisteminin inkişafına yeni töhfələr verəcək”.
Oxu24.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.
“İnam Kərimov xaricdə təhsil almış və uzun illər hüquq sahəsində təcrübəsi olmuş şəxsdir. O, həmçinin qətiyyətlidir və hüquq sahəsini mükəmməl bilir. Uzun illər müxtəlif sahələrdə çalışarkən də işinə peşəkar yanaşıb” -, sədr bildirib.
A.Bağırov qeyd edib ki, bu təyinatdan sonra Azərbaycanın məhkəmə sistemi daha da təkmilləşəcək və bu sahədə islahatlar daha da davamlı inkişaf edəcək.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR