Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86586
az

Xiyar-pomidoru birlikdə yeməyin – BU XƏSTƏLİYƏ SƏBƏB OLUR

12:1011 Aprel, 2023
2602
  • A

Xiyar və pomidoru birlikdə yemək orqanizmə zərərli ola bilər. Bu mövzu zaman-zaman müxtəlif müzakirələrə səbəb olub. Türkiyəli məşhur həkim Canan Karatay bununla bağlı müzakirələrə son qoyacaq açıqlama verib.

Mütəxəssis bildirib ki, qış aylarında qətiyyən pomidor-xiyar yemək tövsiyə edillmir. Qışda bir çox kimyəvi maddələrə məruz qalaraq yetişdirilən bu məhsullar yerinə daha sağlam qış tərəvəzlərindən istifadə edə bilərsiniz.


Pomidor və xiyarın həzm müddəti fərqlidir. Həzm müddəti müxtəlif olan qidaların qəbulu orqanizm üçün ən yorucu ola bilər. Bu vəziyyət mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Bu da bütün bədəninizi zəhərləyə biləcək bir qida fermentasiyasına səbəb ola bilər. Həzm sistemində yaranan problem narahatlıq, ağrı və uzun müddət bağırsaq problemlərinə gətirib çıxara bilər.

“Pomidor, əslində meyvədir. Amma tərəvəz olaraq ayırmışıq. Çox yeyiləndə xəstələrimin həm şəkəri, həm də sidik turşusu səviyyəsi yüksəlir. Xüsusən iyun və iyul aylarında bu baş verir",-deyə Canan Karatay qeyd edib.

Mütəxəssis bildirib ki, vaxtından əvvəl yetişdirilən, kimyəvi maddələrlə becərilən bütün meyvə-tərəvəzlər zərərlidir. Buna kənd təsərrüfatı zəhəri demək olar. Süni şəkildə yetişdirilən pomidor xərçəng də daxil olmaqla, bir çox xəstəliyə səbəb ola bilər. Ona görə də btün meyvə-tərəvəzləri öz mövsümündə yemək lazımdır. Pomidorun yetişmə mövsümü sentyabr ayıdır. İndi təbii şəkildə yetişən pomidorlar hələ yaşıldır. Bazarda satılan pomidorlar isə süni şəkildə kimyəvi dərmanlarla qızardılıb və istehlakı tövsiyə edilmir.

Canan Karatay onu da əlavə edib ki, pomidoru acqarına istehlak etmək mədə turşuluğunu artırır. Bu qastritə səbəb olur. Buna görə də, acqarına pomidor istehlak etmək kifayət qədər zərərlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hindistanın iki“dəli”yoqu
Təyyarədə İNANILMAZ HADİSƏ -Bu dəfə körpə dünyaya göz açdı
Dünyamız haqqında 25 qısa fakt

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi