Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86577
az

Avtomobili arxa-arxaya sürən 20 yaşlı gənc görün  kimdir? - VİDEO

11:0211 Aprel, 2023
3479
REDAKTORUN SEÇİMİ
  • A

Dünən Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.

Oxu24.com -un  məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı təsdiq ediblər.

O da məlum olub ki, orta məktəbi yüksək nəticələrlə bitirən Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir.

Məsələ ilə bağlı ADNSU-dan bildirilib ki, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. "Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb".

Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir
Əməkdar artistin oğlu soyuqdəymədən öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Narkotikin təsiri altında avtomobil idarə edən    sürücülər     saxlanıldı