Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86554
az

Həkimlər indi də deyirlər ki, axşam 6-dan sonra yeməlisiniz, yoxsa...

10:4511 Aprel, 2023
140
  • A

Yeməklər arasında 12 saatdan çox fasilə sağlamlığa zərər verə bilər. Orqanizm artıq müəyyən rejimə uyğunlaşdırılıb və uzun müddət qida ilə təmin olunmursa, bu, ilk növbədə beyin üçün təhlükəlidir.

OXU24.COM xəbər verir ki, bu sözləri diyetoloq Anna Belousova deyib.

"Əgər siz 12 saatdan çox yemək yeməsəniz, qanda qlükoza səviyyəsində çox əlverişsiz dalğalanmalar başlayacaq. Bu, endokrinologiya baxımından insana yaxşı heç nə gətirməyəcək, çünki qlükoza bədənimizin bir çox hüceyrələri üçün, ilk növbədə beyin hüceyrələri üçün əsas qidadır", - Belousova "Sputnik" radiosuna müsahibəsində izah edib.

Əvvəlcə qlükozada kəskin dalğalanmalar əhval-ruhiyyəyə təsir edir, sonra isə təbii nəticələr yarana bilər. Həkim bidlirib ki, qanın belə uzun müddət "ac" qalmasına yol verilməməlidir. O, həmçinin axşam altıdan sonra yeməkdən imtina etməməyi tövsiyə edib. Diyetoloq təklif edib ki, gecələr kəsmik kimi yüngül, kalorisi olmayan yeməkləri otaq temperaturunda yeyə bilərsiniz.

"İnsan orqanizmi sağlamlığa zərər vermədən 12 və ya daha çox saat qidasız qala bilməz. Ona görə də, axşam altıdan sonra yeyə bilərsiniz və yeməlisiniz", - həkim qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO