Rusiyanın teatr və kino aktrisası, dublyaj ustası Yelena Şulman faciəvi şəkildə ölüb.
Oxu24.com xəbər verir ki, bədbəxt hadisə Sankt-Peterburqda baş verib.
Belə ki, 53 yaşlı aktrisa dayanacağa yaxınlaşan troleybusun yoluna çıxıb və nəqliyyat vasitəsinin altında qalıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Şulmanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sənətçi 600-dən çox layihədə rol alıb.
Oxu24.com
ŞƏRHLƏR