Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86531
az

Pakistanda partlayış: Ölənlər var

23:1610 Aprel, 2023
86
DÜNYA
  • A

Pakistanın Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində törədilmiş partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla ən azı 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var.

Oxu24.com Pakistan mediasına istinadla xəbər verir ki, Qəndahari bazarı ərazisində ilkin ehtimala görə 3-4 kiloqram partlayıcı qurğu yerləşdirilmiş motosiklet partlayıb. Nəticədə polis avtomobili də daxil olmaqla 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub. Səhiyyə qurumlarının rəsmiləri xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, ölü sayının çoxalacağını istisna etmir.

Pakistanın Baş naziri Şahbaz Şərif ölümlə nəticələnən hücumu pisləyərək, terrorçuların məkrli planlarının puç olacağını bildirib. Qadağan edilmiş Bəluc Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb.

Qəndahari bazarı ilə təxminən eyni vaxtda Munir Menqal yolunda başqa bir polis avtomobili hədəf alınıb. Nəticədə yoldan keçən 2 nəfər xəsarət alıb.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı