Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86500
az

Bakıda yeni inşa edilən binanın lift şaxtası çökdü: Sakinlər təlaş içindədirlər - FOTO

17:3610 Aprel, 2023
229
  • A

Bakıda inşa edilən yeni yaşayış binasında liftin şaxtası çöküb. 

OXU24.COM  oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

İddia edilir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində inşa edilən yaşayış binalarından birində baş verib.

Sakinlər iddia edirlər ki, "Memar Əcəmi" metro stansiyasının yaxınlığında yeni inşa edilmiş yaşayış binasından mənzil alan sakinlər evlərinə köçməyə qorxurlar. Binanın lift üçün nəzərdə tutulmuş qovşağı çöküb və yarasız hala düşüb.

Qeyd edək ki, ekoloq, seysmoloq Ənvər Əliyev çıxışlarından birində Bakının 7-9 ballıq zəlzələyə dözümlü olduğunu deyib. Bəs bu cür vəziyyətdə olan bina necə, zəlzələ olsa, nələr baş verə bilər?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən ​oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qeyd olunan binada tikinti işlərinə icazə sənədi olmadan başlanıldığı müəyyən edilib:

"Qurum tikinti işlərinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə aidiyyəti dövlət qurumlarına mütəmadi olaraq məktublar ünvanlanıb. Eyni zamanda tikintini aparan subyekt barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib edilib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu