Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86495
az

İran vətəndaşlarından onlayn yolla \"patı\" alıb, satmaq istəyənlər tutuldu - VİDEO - FOTO

14:1110 Aprel, 2023
145
  • A

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

İdarədən verilən məlumata görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər - Elşən Hüseynov, Natiq Qasımov, Taleh Fərziyev, Vaqif Əliyev və Sərxan Ağayev saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan paytaxt sakini Adil Musayev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron aşkar edilib. Adil Musayev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu