Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8643
az

Qaradənizdə gəmi qəzasında həlak olan Azərbaycan vətəndaşının meyiti sudan çıxarılıb

17:3707 Yanvar, 2019
637
  • A
 Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarıllıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, digər Azərbaycan vətəndaşı-gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Agentlikdən bildirilib ki, bu gün saat 16:50-də Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9 u sahilə çıxarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli tərəvəzin adı açıqlandı
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü