Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı zaman vəziyyəti pisləşib və yerə yıxılıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, bu zaman orada olan bələdiyyə sədri Mehmet Çerçi ona ilkin tibbi yardımı göstərib.
Eyni zamanda həkim olan bələdiyyə sədri Mehmet Çerçi və həmçinin qadınlar olan hissədən köməyə gələn tibb bacısı infarkt keçirən şəxsi ölümdən xilas ediblər.
Cerçi ona ürək masajı edib, tibb bacısı isə süni nəfəs verib. Daha sonra Nazmi Başaran sağlamlıq qruplarına təhvil verilib və o, xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyi məlum olub. Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.
Oxu24.com
ŞƏRHLƏR