Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86412
az

Bakıda avtobuslar yarışa çıxdı - VİDEO

16:2707 Aprel, 2023
104
CƏMİYYƏT
  • A

Bakıda sərnişin avtobuslarını yüksək sürətlə idarə edən sürücülərin görüntüləri yayılıb.

OXU24.COM  "qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərdə onların öz aralarında ötüşdüyü və sərnişinlərin həyatını riskə atdığı qeyd edilib.

Bakı şəhər DYPİ-nin rəsmisi Araz Əsgərli bildirib ki, araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib: "Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib. Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədədə qanun çərçivəsində lazımi təddbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzəb infarkt riskini artırır?
Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi