Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86401
az

Spiker İran parlamentini Azərbaycana qarşı təxribatlara son qoymağa çağırıb

11:4207 Aprel, 2023
207
SİYASƏT
  • A

“İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib. Hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycan dövlətini İsraildə səfirlik açmasından narahatdır”.

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə S. Qafarova bildirib.

Spiker əlavə edib ki, bəzi ölkələrdə müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmir: “Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişəni yenidən alovlandırmağa, Ermənistan və Azərbaycan arasında sülh yaradılması səylərini pozmağa çalışır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
Ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitdi


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
“Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar”