Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86373
az

Hər kəs bu 5 yaşlı qızdan danışır - VİDEO

22:4906 Aprel, 2023
160
DÜNYA
  • A

Massaçusetsdə (ABŞ) Cessika Nunez 5 yaşlı qızı Lilaya avtomobillə gəzinti zamanı telefonu ilə oynamağa icazə verib. Qız Amazondan sifariş verib, təxminən 4000 dollar dəyərində uşaq motosikletləri və kovboy çəkmələri alıb.

Cessika Nunez bildirib ki, o, əvvəlcə qızı Lilanın telefonda oynadığını düşünüb, lakin məlum olub ki, uşaq müxtəlif əşyalar almaq üçün 3922 dollar xərcləyib. Onların arasında 5 ədəd çəhrayı rəngli uşaq ölçülü velosipedi, 5 ədəd mavi rəngli velosiped, 10 cüt qadın 7 ölçülü kovboy çəkməsi və akkumulyatorla işləyən uşaq cipi olub.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Cessika Nunez bütün alınan əşyaları qaytarmağa çalışır.

Cessika çəkmələr və velosipedlərin yarısı üçün sifarişləri ləğv edə bilib. Amma qalan mallar onun evinə çatdırılıb. Qadın başa düşmür ki, övladı Amazonda düzgün məhsulları necə tapa bilib. Ancaq maraqlıdır ki, hətta sifariş verməzdən bir gün əvvəl qızı bu barədə danışıb.

"Belə bir motosikleti olan böyük bir oğlan var idi və Leela onu sürmək üçün çox balaca olduğu üçün məyus olmuşdu. Onun bu xüsusi məhsulu necə tapdığını başa düşə bilmirəm" - deyə qızın anası bildirib.

Hazırda qadın aldığı əşyaların hamısını geri qaytarmağa çalışır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ
Ərdoğandan YENİ UKRAYNA PLANI: "Kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO