PSJ-in hücumçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
OXU24.COM xəbər verir ki, "Əl-Hilal" klubu onun transferində aktivlik göstərir. Bu barədə ESPN məlumat yayıb.
Səudiyyəlilər Messiyə mövsüm üçün dəyəri 400 milyon avro olan müqavilə təklif ediblər. Arıtq tərəflər arasında danışıqların ilk mərhələsi reallaşıb. Lionelin Ər-Riyada köçmə şansı 50% olaraq qiymətləndirilir.
Eyni zamanda, Messi PSJ ilə iyunda başa çatacaq müqaviləni yeniləməyəcəyinə demək olar ki, əmindir.
Argentinalı futbolçunun xidmətində "Əl-Hilal"la yanaşı, İspaniyanın “Barselona” və ABŞ-ın “İnter Mayami” klublarının da maraqlı olduğu bildirilir.
Qeyd edək ki, 35 yaşlı dünya çempionu bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
Oxu24.com
ŞƏRHLƏR