Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86292
az

Avropada ən çox axtarılan şəxslərdən biri Moskvada saxlanıldı

17:0005 Aprel, 2023
154
KRİMİNAL
  • A

Avropada ən çox axtarılan şəxslərdən biri olan rusiyalı Ernest Hammer Rusiya paytaxtı Moskvada saxlanılıb.   

Ernest Hammer 13 il əvvəl Estoniyada “Cathouse” klubunun ziyarətçisinə bıçaqla hücum etdiyi üçün 4 il həbs cəzasına məhkum edilib.

Lakin o, qaçmağa müvəffəq ola bilib. Həmçinin Ernest Hammer Avropanın ən çox axtarılan adamlarından birinə çevrilib.

Evropol hətta bir müddət Hammerin şəklini zərflərin üzərinə həkk edib və bununla cinayətkara müraciət ünvanlayıb.

“Hörmətli Ernest, biz səni tapmağa çalışdıq, ancaq sən çoxdan haradasa gizlənmisən. Zəhmət olmasa, yenidən bizimlə əlaqə saxla. Ən xoş arzularla, polis”, - deyə müraciətdə qeyd edilib.

40 yaşlı kişi Moskvada kameralar tərəfindən izlənilib. Nəhayət, o saxlanılıb və artıq Estoniya İnterpoluna bu barədə məlumat verilib.

Mənbə: “SHOT” “Telegram”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO
Xaçmazda avtomobillər toqquşdu: xəsarət alanlar var


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
“Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar”