Qaynar xətt:

(+99450) 247 90 86

Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

CƏMİYYƏT

317

03.04.2023, 14:45

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

Bu barədə Oxu24.com -un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

 

Miri Məcidli