Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8609
az

Səhər yuxudan duranda başınız ağrıyırsa... - 8 SƏBƏBİ

20:1406 Yanvar, 2019
847
CƏMİYYƏT
  • A
Adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq. Bunun səbəbi nə ola bilər?

- Yuxusuzluqdur. Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.

- Həddindən artıq yatmaq. Bu da səhər baş ağrılarına səbəb ola bilər.

- Narahat yastıq. Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beynin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır. Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.

- Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.

- Yatmazdan əvvəl çoxlu yemək yemək.

- Susuzlaşma. Yuxu zamanı insanda susuzlaşma inkişaf edir. Susuzlaşma isə baş ağrılarının əsas səbəblərindən biridir. Mütəxəssislər yatmazdan əvvəl və oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edir.

- Yuxu zamanı xoruldamaq. Elmi dildə buna "apnoe" deyilir. Xoruldayan insanda yuxu zamanı nəfəsalmanın bir neçə saniyəlik dayanması müşahidə olunur ki, bunun nəticəsində beyində hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edir. Nəticədə insan səhər özünü yorğun hiss edir, baş ağrılarından əziyyət çəkir.

- Depressiya. Bu ağır nevroloji pozulma gizli inkişaf edir və uzun müddət ərzində aşkar olunmaya bilər.

Mütəxəssislər tez-tez təkrarlanan səhər baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək